2025-09-08

Azərbaycan Respublikasının İqtisadiyyat naziri cənab Mikayil Cabbarovun Qətər Dövlətinə səfərinə dair məlumat

İqtisadiyyat naziri Mikayil Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti Qətərə səfər edib. Səfər çərçivəsində bir sıra görüşlər keçirilib, Qətərlə əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb.

Azərbaycanın iqtisadiyyat naziri Qətər Dövlətinin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Taninin qəbulunda ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin gücləndiyi, tərəfdaşlığın inkişafında yüksək səviyyəli səfərlərin, keçirilən görüşlərin əhəmiyyəti vurğulanıb. Tərəfllər ölkələrimiz arasında iqtisadi-ticarət tərəfdaşlığının möhkəmləndirilməsi istiqamətlərini dəyərləndiriblər.

Qətərin ticarət və sənaye naziri Şeyx Faisal bin Tani bin Faisal Al Tani  ilə ğörüş zamanı hər iki nazir ticarət əlaqələrinin genişləndirilməsinin ikitərəfli münasibətlərdə prioritet istiqamətlərdən olduğunu vurğulayıblar.

Səfər çərçivəsində Qətər İnvestisiya Qurumunun baş icraçı direktoru və Qətərin "Power International Holding"-in Direktorlar Şurasının sədri ilə görüşlər keçirilmişdir.

Səfər çərçivəsində SOCAR-la Qətərin UCC holdingi arasında enerji sektoru üzrə tərəfdaşlığı nəzərdə tutan sənədlər imzalanmışdır.

 

 

Arxiv üzrə axtarış